EducationUSA, ABŞ-ın Azərbaycandakı səfirliyi və Beynəlxalq Təhsil üzrə Amerika Şurasının dəstəyi ilə “Amerika Universitetlərinin Təhsil Sərgisi” keçiriləcək.
Səfirlikdən Teleqraf.com-a verilən məlumata görə, sərgi oktyabrın 20-də saat 16:00-dan 19:00-a qədər "Hilton Bakı" hotelində baş tutacaq.
Sərgi xaricdə təhsil almaq istəyən hər kəs üçün 9 ABŞ universitetinin nümayəndələri və mübadilə proqramlarının məzunları ilə birbaşa danışmaq və universitet proqramları, ərizə prosedurları, təqaüdlər, tələbə həyatı və ABŞ-da mədəni uyğunlaşma haqqında ətraflı məlumat almaq üçün böyük imkan yaradır. Sərgidə ABŞ-ın Bakıdakı səfirliyinin nümayəndələri də iştirak edəcək.
EducatinUSA Azərbaycan ABŞ-da rəsmi qeydiyyata alınmış ali təhsil müəssələri haqqında dəqiq, hərtərəfli və qərəzsiz məlumat verərək, tələbələrin ABŞ-da ali təhsil almaqlarına yardım edir. EducationUSA ABŞ ali təhsil sisteminin rəsmi mənbəyidir və yanvar ayından etibarən Azərbaycanda 1500-dən çox insana xidmət göstərib.