Bakının Səbail rayonunda Badamdar sürüşmə zonasında aktivlik dinamikası dəyişməz olaraq qalıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, saat 21:00-a olan monitorinqlərin nəticəsinə əsasən sürüşmə kütləsi üzərindəki xırda süxurların yola doğru hərəkəti müşahidə edilib.
Qeyd olunur ki, indiki saata nəzərəçarpacaq dəyişiklik qeydə alınmayıb.