“Şirkət olaraq bəzi mağazalardan məhsullarımızın bizə məlum olmayan səbəblərdən çıxarılmasını təsdiq edirik”.
Teleqraf.com xəbər verir ki, bunu modern.az-a açıqlamasında “Azerbaijan Coca-Cola Bottlers” (ACCB) şirkətinin korporativ əlaqələr üzrə direktor Demokan Konyalıgil bildirib.
Onun sözlərinə görə, son zamanlar məhsulların mağazalarda satışının azalması ilə bağlı xəbərlərlə tanış olublar: ““Coca-Cola” son zamanlar mətbuatda bəzi mağazalarda məhsullarının yoxluğu ilə bağlı yaranan xəbərlərlə tanış olmuşuq.
Bu istehlakçılarımızın narahatlığına səbəb olub. Bu halları araşdırıb həll etmək üçün müvafiq dövlət qurumlarına müraciət edəcəyik”.