Azərbaycan “Qlobal Rəqabətlilik Hesabatı - 2018”də 140 ölkə arasında rəqəmsal bacarıqlar üzrə 15-ci yeri tutub.
Təhsil Nazirliyindən Teleqraf.com-a verilən məlumatına görə, hesabatda ölkəmiz 140 ölkə arasında “rəqəmsal bacarıqlar” alt-indikatoru üzrə 15-ci, “orta təhsil illəri” alt-indikatoru üzrə 50-ci, “kadr hazırlığının yaxşılaşdırılması” alt-indikatoru üzrə 56-cı, “məzunların bacarıqları” alt-indikatoru üzrə 32-ci, “ixtisaslı işçilərə asan əlçatanlılıq” alt-indikatoruna görə 31-ci, “ibtidai təhsildə şagird-müəllim nisbəti” alt-indikatoru üzrə isə 48-ci, “tədrisdə tənqidi düşüncə” alt-indikatoru üzrə isə 27-ci yerdə qərarlaşıb.
Hesabatın “bacarıqlar” indikatoruna bu il daxil edilən peşə təhsilinin keyfiyyəti alt-indikatoru üzrə Azərbaycan dünyanın 140 ölkəsi arasında 49-cu yeri tutub.