20 Oktyabr 2018 13:57
470
12 Punto 14 Punto 16 Punto 18 Punto

İzmirin Karabağlar bələdiyyəsinin sədri Mühittin Selvitoplunun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Teleqraf.com xəbər verir ki, səfər çərçivəsində Fəxri Xiyabanda ümummilli liderin məzarını, Şəhidlər Xiyabanını və Türk şəhidləri məzarlığını ziyarət edən nümayəndə heyəti daha sonra Diasporla İş üzrə Dövlət Komitəsində olublar.

Görüşdə iki ölkə arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin dövlət başçıları İlham Əliyevin və Rəcəb Tayyip Ərdoğanın rəhbərliyi altında daha da inkişaf etdiyi və möhkəmləndiyi vurğulanıb. Bildirilib ki, bu əlaqələr qondarma erməni soyqırımı və Azərbaycan torpaqlarının işğalı ilə bağlı beynəlxalq ictimaiyyətdə obyektiv fikrin formalaşdırılması üçün diasporlarımızın birgə fəaliyyəti ilə daha da möhkəmləndirilməlidir. Bu məsələnin yaxın vaxtlarda İstanbulda keçiriləcək Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv dövlətlərin diaspor sahəsinə cavabdeh qurumlarının rəhbələrinin görüşündə ətraflı müzakirə olunacağı və növbəti iki il üçün fəaliyyət planının hazırlanacağı qeyd olunub.

Həmçinin bildirilib ki, İzmirin Karabağlaq bələdiyyəsi də ölkəmizlə bağlı həqiqətlərin yerli ictimaiyyətə çatdırılması üçün həyata keçirdiyi bir çox layihələrlə əlaqələrimizin inkişafına öz töhfəsini verir.

Karabağlar bələdiyyəsinin sədri Mühittin Selvitoplu isə, öz növbəsində, Azərbaycan həqiqətlərinin Türkiyə ictimaiyyətinə çatdırlıması istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, İzmirdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları ilə sıx əməkdaşlıq qurulub, onlara maddi və mənəvi dəstək göstərilir. Məhz bu əməkdaşlığın nəticəsi olaraq 2017-ci ildə bələdiyyənin inzibati ərazisində “Azərbaycan Qarabağ Xocalı parkı” acılıb və Xocalı qurbanlarının xatirəsinə abidə ucaldılıb. Bələdiyyə sədri Azərbaycan diaspor təşkilatları, Dövlət Komitəsi, eləcə də Azərbaycanın digər qurumları ilə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.

Daha sonra Türkiyədə Karabağlar bələdiyyəsi ilə əməkdaşlığın perspektivləri, birgə layihələrin həyata keçirilməsi imkanları geniş müzakirə olunub.

Görüşün sonunda xatirə hədiyyələri təqdim edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər