21 Oktyabr 2018 13:54
446
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çaylarda sululuq səviyyəsi açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Teleqraf.com-a verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 50-60, Kiçik Qafqazın çaylarında 30-70, Lənkəran-Astara çaylarında 10-40, Naxçıvan MR Naxçıvançay çayında 5 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 125 m3/s olmaqla ongünlük normanın 74 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 255 m3/s olmaqla ongünlük normanın 151 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 14 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 87 m3/s olmaqla, ongünlük normanın 83 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 85 m3/s təşkil edərək ongünlük normanın 79 faizinə bərabər olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər