21 Oktyabr 2018 23:58
816
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son illər dünya zorun diktəsi, qaydaların çeynənməsi, qanunların tapdalanması, populizm, ifrat “sağ” və etnik millətçiliyin yüksəlməsi dövrünü yaşayır. Hadisələr artıq çox təhlükəli hal alıb, 20-ci əsrdə dünyanın qazandığı və qəbul etdiyi dəyərlər sürətlə aşınır.

Teleqraf.com xəbər verir ki, bunu iqtisadi Natiq Cəfərli deyib.

Ekspertin sözlərinə görə, dünya liderləri özlərini kriminal avtoritetlər kimi aparırlar, bəyənmədikləri insanları zəhərli qazla, kimyəvi elementlərlə, hətta elektrikli mişarla qətlə yetirmə əmrləri verirlər, Avropanın göbəyində belə jurnalistlər öldürülür:

“Dünyanın bu günə qalmasının ən böyük səbəblərindən biri çirkli pullar, gizli nəğd pul dövriyyəsi, qeydiyyatdan kənar pul axınıdır. Dünya liderləri kriminal avtoritetlər kimi mane olanları əvvəl pulla almağa çalışırlar, pulla ala bilmədiklərini sevdikləri ilə təhdid edirlər, bu yol da effekt verməyəndə mane olanlar fiziki olaraq məhv edilirlər.

Dünyada bir çox problemlərin yarandığı coğrafiya Yaxın Şərq və Şimali Afrikadır. Bunun da əsas səbəbi, uzun illər Qərbin həmin coğrafiyada at oynadan diktatorların nazı ilə oynamasıdır. Öz aləmlərində dünyəvi diktatorları dəstəkləməklə dini radikalizmin qarşısını alırdılar, amma faktiki olaraq diktatorların əlini öpüb pulunu almaqla o coğrafiyada ədalətsizliyin ərşə çıxmasına səbəb oldular. Bu ədalətsizlik bir gün partlamalı idi, partladı da və həmin coğrafiyadan canını qurtarmaq üçün qaçmağa məcbur olan insanlar Avropaya gəldilər. Miqrantların Avropaya gəlməsi isə Qədim Qitədə bir müddət yatmış olan aşırı sağı və etnik millətçiləri xortlatdı. Beləliklə də revaşist və populist siyasətçilər önə çıxmağa başladı. Təəssüf ki, bu dalğa hələ bir müddət yüksələn xəttlə davam edəcək”.

Natiq Cəfərli qeyd edib ki, ABŞ-da Donald Trampın qalıb gəlməsi, onun dünyaya baxışının ifrat praqmatıq biznes təfəkkürünə söykənməsi dünyanı daha da qarışıq hala gətirdi, qanunların güc deyil də, gücün qanun olduğu dövr başladı:

“Dünyanın yeni azadlıq dalğasına ciddi ehtiyacı var, bu dalğa mütləq yaranacaq, amma çox təəssüf ki, 20-ci əsrdə azadlıq dalğası hər dəfə böyük dünya savaşlarından sonra yaranıb. Arzu edirəm ki, 21-ci əsrdə bu dalğa on milyonlarla insan övladlarının qətlindən, böyük savaşlardan sonra olmayacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər