21 Oktyabr 2018 21:15
1 375
12 Punto 14 Punto 16 Punto 18 Punto

Adətən nəzər dəyməsin və ya gözdəymənin qarşısını alsın deyə istifadə etdiyimiz üzərlikdən çay olaraq da istifadə edə bilərik.

Teleqraf.com xəbər verir ki, C vitaminin çox olduğu üzərliyin şəfalı bitki kimi çoxlu faydaları var.
Daha çox qəbiristanlıq, qumlu və daşlı yerlərdə bitən üzərlik qışda soyuqdəymə və qrip kimi xəstəliklərə qarşı təsirlidir.
Menstruasiya dövründə faydalı olacaq bitkilər sırasında yer alan üzərlik qısa müddətdə ağrı kəsmə özəlliyinə sahibdir.
Eyni zamanda bağırsaqda olan mikrob və parazitləri öldürür və çox vaxt cinsi problemlərin ortadan qaldırılması məqsədilə ilə də istifadə olunur.

Üzərlik saç tökülməsi problemi yaşayanların da köməyinə gəlir. Belə ki, saçların tökülməsinin qarşısını alır və saçın daha güclü şəkildə uzanmasına səbəb olur. Bunun üçün nizamlı olaraq istifadə etmək lazımdır.
Nəfəs almaqda əziyyət çəkənlər üçün faydalı olan otdan revmatizm problemi yaşayan insanlar da müalicə məqsədilə istifadə edir.

Üzərlik qadınlarda yaranan varikoz damarlarında olan problemləri ortadan qaldırır.
Depressiyaya qarşı effektlidir.
Üzərlik arıqlamaq istəyənlər üçün də yaxşı effekt verir. Arıqlamağı sürətləndirmək xüsusiyyətinə malikdir. Amma bu zaman ondan mütləq dietoloq məsləhəti ilə istifadə edilməlidir.

Aytən


Müəllif: Teleqraf.com