Bəzi qidalarla eyni vaxtda istifadə etdiyiniz dərmanlar ciddi problemlərə yol aça bilər.
Teleqraf.com xəbər verir ki, xüsusilə qreypfrutu dərman qəbulu ilə eyni vaxtda yemək çox təhlükəlidir.
Belə ki, qreypfrut incə bağırsaqda sormaya müdaxilə edən birləşmə yaradır. Beləliklə dərmanları güclü hala gətirə bilir. Bir çox dərman incə bağırsaqda CYP3A4 adlı önəmli bir fermentin köməyilə parçalanır. Qreypfrutun içindəki birləşmə bu prosesi əngəlləyir.
Təzyiq, ürək ritmini normallaşdırmaq və xolesterolu azaltmaq üçün dərman istifadə etdiyiniz zaman qreypfrut yeyirsinizə, bu, dərmanın effektini dəyişə bilər. Bu dəyişmə meyvənin miqdarına, dərmana və insanlara görə fərqli ola bilər.
Qreypfrut şirəsi istifadə etdiniz zaman dərmanın qana keçməsi riski böyükdür. Beləcə dərman bədəninizdə daha uzun müddət qala bilər. Ona görə də əgər qreyfrut sevirsinizsə, dərman atdığınız zaman diqqət edin və mümkünsə, həkiminizdən dərmana necə təsir edəcəyini soruşun.