Yazıçı Çingiz Abdullayev dünyada ölmək üzrə olan bir janrı Azərbaycanda yaşatmaq istəyir.
Teleqraf.com xəbər verir ki, bunu təhsil eksperti Etibar Əliyev deyib.
Ekspert yazıçının öz yaradıcılığı ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib: “Çingiz Abdullayev son çıxışında deyib ki, “32 dildə 30 milyon nüsxə kitabım nəşr olunub. 201 kitab yazmışam. Ancaq Jorj Simenon 300 kitab yazıb”.
Yəni, bu adam qarşısına məqsəd qoyub ki, Jorj Simenona çatsın. Bundan əvvəl deyirdi ki, Tolstoya artıq çatıram. Deyəsən, kimsə ona təpinəndən sonra daha Tolstoyun adını çəkmir. Bütün dünyada detektiv janrı ölmək üzrədir, bizdə isə Abdullayev kimi yazıçılar bu janrı “oksigen balonu” hesabına yaşatmaq istəyir.
Ümumiyyətlə, yenitmə və gənclərə detektiv əsərlər oxumağı qadağan etmək lazımdır. Birmənalı olaraq ziyanlıdır”.
Etibar Əliyev əlavə edib: “Ümumiyyətlə, 200 kitabdansa 3 urvatlı kitab yazmaq lazım idi. Məsələn, Amerika yazıçısı Xarperi Li 1960-cı ildə “Bülbülü öldürün” adlı detektiv əsər yazıb. Kitab 40 milyon tirajla satılıb. Roman məşhur Pulitser mükafatına layiq görülüb”.