Tanınmış parodiyaçı Yuri Qriqoryev 81 yaşında vəfat edib.
Teleqraf.com oxu.az-a istinadla bildirir ki, bununla bağlı yumor ustası Sergey Drobotenko şəxsi "Facebook" hesabında məlumat verib.
"Yuri Qriqoryev vəfat edib. O, öz çıxışları ilə ölkənin və dünyanın səhnələrində uğur qazana bilib", - Drobotenko yazıb.
Qeyd edək ki, Yuri Qriqoryev Bakıda doğulub və burada təhsil alıb. Artistlik karyerasına da doğma şəhərində başlayıb.
Qriqoryev 1989-cu ildə RSFSR-in Xalq artisti adını alıb.