Neftin dünya bazar qiymətində azalma müşahidə edilir. Son 2 gündə “qara qızıl” 5 faizdən çox dəyər itirib.
Teleqraf.com xəbər verir ki, bunu iqtisadçı Vüqar Bayramov deyib.
Ekspertin sözlərinə görə, neftin ucuzlaşmasının əsas səbəbi dünya iqtisadiyyatı üçün sağlam hesab edilməyən yüksək qiymətlər fonunda qlobal iqtisadi böhran riski olsa da, Səudiyyə Ərəbistanın enerji nazirinin son açıqlamasndan sonra sözügedən ölkə ətraflndakı gərginliyin qiymətləri yüksəltməyəcəyi təsdiqləndi:
“Buna paralel olaraq Amerika Neft İnstitutu Birləşmiş Ştarların hasilatı artırması barədə açıqlama yaydı. Digər tərəfdən, BP rəhbəri də nefti 1 barelinin məqbul qiymətini 60-65 dollar intervalında görür. Neft bazarı İrana tətbiq edilən yeni sanksiyaların da psixoloji və iqtisadi təsirlərinə artıq adaptasiya olundu.
Deməli, neftin qiymətinin yenidən 60 dollardək azalarsa, bu heç də təəccüb yaratmamalıdır. Nəinki istehlakçılar, hətta istehsalçılar da “bahalı neft dövrünün” başlanmasında maraqlı görünmür.
Birjalar “neft şoku”nun təkrarlanmasında həvəsli deyil. Bu isə o deməkdir, neft bumu dövrü bütün anlamlarda geridə qaldı”.