"İnnovasiya həftəsi" çərçivəsində müxtəlif istqamətlər üzrə bir çox tədbirlər var. Eyni zamanda insan potensialının gücləndirilməsi, yeni kadrların hazırlanması üzrə də tədbirlər keçirilir.
Bunu Teleqraf.com-a "İnformasiya Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi"nin direktoru Rauf Cabbarov deyib.
Onun sözlərinə görə, bilavasitə innovasiyaların inkişafı üçün ölkəmizdə hansı mütəxəssislərə ehtiyacın və bunun hansı sahə üzrə olduğunu müzakirə etmək, böyük gənclər adutoriyasına bu fikirləri çatdırmaq məqəsdilə tədbirlər təşkil edilir: "Əsas təşkilatçılar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi olmaqla "İnformasiya Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi"i və Dövlət Neft və Sənaye Universitetidir. Çalışacağıq ki, ən müasir karyera trendlərini əhatə edək və müzakirə aparaq, ölkəmizdə bu sahə üzrə hansı mütəxəssis varsa, onu qabardaq".
"İnnovasiya həftəsi"nin əhəmiyyətinə toxunan Rauf Cabbarov qeyd edib ki, Sofiya robotunun ölkəyə gəlməsi hamıda belə bir robot haqqında təsəvvür yaratdı: "Ona görə də insanlarda bu sahəyə maraq yaranacaq və axın olacaq. Yeni texnologiyalarla tanış olmaqla hiss edəcəklər ki, bu, çox da uzaqda deyil. Eyni zamanda ölkəmizdə innovasiya iqtisadiyyatı da formalaşır ki, bu da daha çox biznesə, şirkətlərə aid məsələdir".