26 Oktyabr 2018 16:38
500
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənilərin Azərbaycana qarşı istifadə etdikləri dezinformasiya texnologiyası yeni deyil, bunlar işlənmiş texnologiyadır.

Bunu rusiyalı deputat Dmitri Savelyevin fikirlərini Teleqraf.com-a şərh edərkən Yeni Nəsil Jurnalistlər Birliyinin sədri, media eksperti Arif Əliyev deyib.

Ekspertin sözlərinə görə, bunun üçün ermənilərin geniş şəbəkəsi var və bu vasitə ilə Azərbaycanla bağlı məlumatlar təhrif edilərək, dünya ictimaiyyətinə ötürülür: “Sadəcə olaraq, burada təhrif edilmiş məlumatların dünyanın nüfuzlu media qurumlarına ötürülməsi praktikası üstünlük təşkil edir. Buna görə də, belə informasiyaları daha geniş areala yaya bilirlər.

Əlbəttə, həmin qurumlar da bu dezinformasiyaları öz maraqlarına uyğun formada təqdim edirlər.

Ermənilərin dezinformasiya hücumlarının qarşısını almaq mümkündür. Bunun üçün geniş şəbəkə yaratmaq, dünyanın ayrı-ayrı nüfuzlu KİV-i ilə əməkdaşlıq etmək, yaxud dünyanın ayrı-ayrı ölkələrində mətbuat orqanları yaratmaq uğurlu yol deyil. Yeni media texnologiyaları var ki, bunları tətbiq etmək lazımdır”.

Qeyd edək ki, VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində baş tutan “Dezinformasiya siyasəti - müasir dünyada stabilliyə təhdid” sessiyasında çıxış edən Rusiya Dumasının deputatı Dmitri Savelyev erməni lobbisinin Azərbaycana qarşı dezinformasiya hücumlarını ifşa edib.

O bildirib ki, 2016-cı ilin aprel hadisələri zamanı ABŞ və Avropadakı erməni lobbisi Qərb ictimaiyyətinə yanlış informasiya təqdim edərək, baş verən hadisələrin mahiyyətini təhrif ediblər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər