28 Oktyabr 2018 01:14
1 013
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - Təbii zəka və anadangəlmə intellektual qabiliyyətlər bu gün işinizə yararlı olmayacaq. Rahatlıqla xatirələrə dala bilərsiniz. Maliyyə və işgüzar planlarınız barədə inandığınız, etibar etdiyiniz şəxslərdən savayı kimsəyə danışmayın. Gündəlik qayğılar və işlər öz məcrasında olacaq, sizə problemlər yaratmayacaq. Müəyyən adamların dəstəyi və ya rəğbəti sayəsində gərəkli əlaqələr yarada bilərsiniz. Gün ərzində emosiyalarınız xeyrinizə işləyəcək. Gərəkli adamlarla əlaqələri çox asanlıqla, onların sizdən nə istədiyini hissləriniz sayəsində anlayaraq quracaqsınız.

Buğa - Başqalarının problemlərinin həllinə bu gün xeyli vaxt sərf etməli olacaqsınız. Sizin üçün xüsusi əhəmiyyət kəsb etməyən məsələlər də səy və zəhmət istəyəcək.
Hər şeyə rəğmən, sakit olun, əsəbləşməyin. Problemləri tədricən çözməyə və həll etməyə çalışın.
Böyük ümid bəslədiyiniz layihəni reallaşdırmağa başlayın.

Əkizlər - Bacarıq və imkanlarınızdan artıq işə başlamaq istəsəniz, uğursuzluğa düçar olacaqsınız.
Ağır problem varsa, onu həll etmək üçün dostlar və yaxınlarınızın yardımlarına ehtiyac yarana bilər. Dostlar arasında sizə istənilən an yardım edə biləcək insan var.
Müqavilə və ya anlaşmanı imzalamazdan əvvəl sənədi diqqətlə oxuyun, mətnlə tanış olun və şərtləri təhlil edin. Həmin sahədə mütəxəssis olan insanın fikrini öyrənin.

Xərçəng - Yeniliklərə və dəyişikliklərə hazırsınızsa, gün sizin üçün uğurlu ola bilər. Uzaqdan yaxşı xəbərlər və ya təklif gələ bilər. İşdə əlavə tapşırıq istisna olunmur. Bu, sizin üçün sərfəli əlavə gəlir mənbəyi də ola bilər. Ətrafınızdakı insanlarla cüzi və ya kiçik məsələlərə görə münaqişə etməyin, çünki nəticələr çox pis ola bilər.
Emosiyalarınıza nəzarət edin.
İş yerini dəyişmək fikrinə düşə bilər, niyyətiniz barədə ailə üzvlərinizə açıqlama verə bilərsiniz.

Şir - Çalışmaq və fəaliyyət göstərmək üçün əla gündür. Gərgin durumlara rəğmən istənilən sahədə məhsuldar çalışaraq ən yaxşı məziyyətlərinizi nümayiş etdirə bilərsiniz. Münasibətlərinizdə emosional "partlayış"a və pafosa imkan verməyin.
Maliyyə məsələləri və maddi problemlərin həlli ilə ciddi məşğul olmaq istəyirsinizsə, kimsənin sizə mane olmasına şərait yaratmayın.
Eqoizm, təşəxxüs və özünütərifə aludə olmayın.

Qız - Mümkün olmayan heç bir iş və ya çatılması irreal hədəf yoxdur. İstədiyinizi əldə etmək üçün səylə çalışın. Ailə üzvləri və qohumlarla münasibətlərdə irəliləyiş, yaxşılığa doğru dəyişikliklər istisna deyil.
Ailədə çoxdan bəri qaysaqlanmaq bilməyən münaqişəni çözmək ehtimalı var. Lakin unutmayın ki, ailədə problemlərin həlli sizdən qurbanlar tələb edir. Təlaşa düşməyin, emosiyalara məğlub olmayın, lazım bildiyinizi edin.
Nüfuzlu insanlarla qeyri-rəsmi söhbət və ya görüş üçün əlverişli gündür.
İşgüzar məcrada başlayan tanışlıq sonradan romantik məcraya yönələ bilər.

Tərəzi - Günün ilk yarısı ən müxtəlif işlər üçün münasibdir. Bu zaman planlarınızı reallaşdırmaqla yanaşı, parlaq ideyanızı da həyata keçirə bilərsiniz.
Səhvlərə yol verməmək və yanlış addımlar atmamaqda sizə yardımçı ola biləcək mühüm informasiya olacaq.
Günün ikinci yarısı gərgindir. Ailə üzvləri və yaxınlarınızla fikir ayrılıqları istisna deyil. Özünüzü narahat, gərgin hiss edirsiniz.
Yaxın adamların və iş yoldaşlarının ünvanına sərt tənqidlərdən çəkinin.
Sərt və aqressiv, davakar olmayın.

Əqrəb - Bu gün yaxın ətrafınızın köməyindən faydalanmaq ehtyiacı yaransa belə, təkbaşına fəaliyyət göstərməyə çalışacaqsınız. Belə etməyin, səhv buraxmayın. Mənasız işlərə və məntiqsiz yönlərə izafi qüvvə sərf etməyin.
Bəzi məqsədlərə çatmaq üçün işlər və planlar təxirə düşə bilər.
Hüquqi məsələlərin həlli, sənədləşdirmənin qaydaya salınması üçün uğurlu gündür. Dövlət strukturlarına baş çəkməyiniz, məmurlarla danışıqlarınız istədiyiniz nəticəni verəcək.

Oxatan - Yeni tanışlıqlar, rəğbət bəslədiyiniz insanlarla ünsiyyət üçün əlverişli gündür. İlk dəfə gördüyünüz insanla asanlıqla dil tapacaqsınız.
Çətin problemləri və ilk baxışdan müşkül təsir bağışlayan məsələləri orijinal tərzdə həll etməyə çalışın. Bədxahlarınızı təəccübləndirin.
Qohumlara baş çəkmək, ailənin qayğılarını çözmək üçün yararlı gündür. Maliyyə və əmlak məsələlərini həll etmək olar.
Günün ikinci yarısında sərfəli anlaşma imzalamaq, yaxşı müqaviləyə nail olmaq mümkündür.
Nə zamansa həyatınızda mühüm rol oynamış insanla görüş istisna deyil.

Oğlaq - Gün ərzində təmkinli və səbrli davranmaq çətin olsa da, bunu edin. Yaxın ətrafınızdakı insanlara soyuqqanlı olduğunuzu nə qədər çox nümayiş etdirməyə çalışsanız, onlar sizi bir o qədər hirsləndirməyə, qıcıqlandırmağa səy edəcəklər.
Bütün bunlar bilərəkdən, qəsdən edilən təxribat olmaya da bilər. Mümkündür ki, yaxınlığınızdakı "enerji vampir"i sizin emosiyalarla qidalanmaq istəyir. Bu adamın kim olduğunu müəyyənləşdirin və onu özünüzdən mümkün qədər kənarlaşdırın.

Dolça - Başqalarının problemlərinə sakit və rəvan yanaşsanız, bu gün sakit keçəcək. Fəqət başqaları üçün uğur və rəvanlıq istəsəniz, sizi gərgin mübarizə və çətinliklər gözləyir. Tərəfdaşlar və yaxınlarınız sizi tək qoymayacaqlar.
Lakin az sonra anlayacaqsınız ki, heç də bütün dostlar, tanışlar mövqelərinizi bölüşmürlər. Bütün bunlar ciddi münaqişələrə səbəb olmasa da, əlaqələr sərinləyəcək, sizdə pərişanlıq və laqeydlik hissləri yaradacaq.

Balıqlar
- Maddi problemlərin həlli ilə məşğul olmağa tənbəllik etməyin: ətrafdakı insanlarla münasibətiniz əhəmiyyətli dərəcədə belə davranışdan asılıdır. Maliyyə işlərini qaydaya salmaq üçün maksimum səy göstərin. Təhtəlşüuru, hissiyyatı da unutmayın. Ola bilər ki, gün gərgin keçsin. Dost və qohum yardımı göstərməyi yaddan çıxarmayın. Yardım və dəstək istəyi məlumat almaq ehtiyacından da vacib ola bilər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər