Badamdar sürüşmə zonasındakı çatların ölçüsündə artım müşahidə edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan Teleqraf.coma-a verilən məlumata görə, sürüşmə zonasında saat 10:00-a olan monitorinqlərin nəticəsinə əsasən ərazidə gərginlik qalmaqdadır.
Sürüşmənin yuxarı hissəsində asılı halda olan süxur kütləsinin qopması və süxur qırıntılarının yamac boyu yerdəyişməsi qeydə alınıb.
Sürüşmə müstəvisində olan çatların ölçüsündə nisbi artım müşahidə olunub.
Sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda dəyişiklik qeydə alınmayıb.