30 Oktyabr 2018 22:28
1 138
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdaşda “Milli təhlükəsizliyə əsas təhdidlərdən biri-dini ekstremizm” mövzusunda seminar-müşavirə keçirilib.

Teleqraf.com xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən seminar-müşavirədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi, Prezident Administrasiyasının əməkdaşı, Ağdaş, Mingəçevir, Yevlax, Ucar və Kürdəmir rayonlarının icra hakimiyyətləri başçılarının müavinləri, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidmətinin vəzifəli şəxsləri, eyni zamanda, bu qurumların adıçəkilən rayonlardakı yerli strukturlarının məsul nümayəndələri iştirak ediblər.

Öncə DQİDK-nın sifarişi ilə çəkilmiş və Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsinə həsr olunmuş “Şəhadət” sənədli filmi nümayiş olunub.

Seminar-müşavirəni giriş sözü ilə açan Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov nümunəvi dövlət-din münasibətlərindən, dövlətin din siyasətindən danışıb. Bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan din siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilir.

Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov dövlətin din siyasətinin əsas prioritet istiqamətləri barədə danışıb. Bildirib ki, dövlətin din siyasətinin başlıca vəzifəsi vətəndaşlarımızın dini etiqad azadlığının təmin olunması, dövlət-din ünasibətlərinin tənzimlənməsi və təkmilləşdirilməsidir.

Bakıda VI Beynəlxalq Humanitar Forumun keçirilməsinin əhəmiyyətindən də danışan sədr müavini qeyd edib ki, əsas təşəbbüskarı Prezident İlham Əliyev olan Forumun başlıca məqsədi gələcəkdə beynəlxalq səviyyədə humanitar çağırışları aktuallaşdırmaq, neqativ tendensiyaların qarşısını almaq və dünyada sülhün bərqərar olunmasına töhfə verməkdir. S.Heydərov qeyd edib ki, Forumdakı çıxışlar zamanı Azərbaycandakı tolerantlıq, multikulturalizm mühitinə böyük dəyər verilməsi, nəzəriyyədən praktikaya keçirilməsi və Azərbaycan modelinin tətbiqinin vacibliyi diqqətə çatdırılıb. Bununla da dünya birliyinin Azərbaycanın bu modelinə böyük dəyər verdiyi vurğulanıb.

Səyavuş Heydərov dini radikalizm və ekstremizmin yaranma səbəblərindən, mahiyyətindən və ona qarşı mübarizə üsullarından da danışıb. Söyləyib ki, ölkəmizdə hökm sürən abitlik və inkişafı, həmçinin ölkəmizin beynəlxalq arenada nüfuzunun artmasını gözü götürməyən bəzi xarici qüvvələr dini zəmində qarşıdurma yaratmağa, respublikamıza qarşı
pozuculuq fəaliyyətini artırmağa cəhd edirlər. Sədr müavini bildirib ki, bəzi şəxslər bu qüvvələrin qurbanı olur, onların alətinə çevrilirlər. Radikalizmlə mübarizədə əsas metodlardan birinin maarifləndirmə olduğunu diqqətə çatdıran S.Heydərov din sahəsi üzrə milli kadrların yetişdirilməsinin vacibiyinə toxunub. Bu baxımdan Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılmış Azərbaycan İlahiyyat İnstitutunun əhəmiyyətini vurğulayıb. O, həmçinin dini radikalizmlə mübarizənin ümumxalq işi olduğunu diqqətə çatdırıb.

Baş Prokurorluğun idarə rəisinin müavini Rauf Məmmədov müvafiq sahə üzrə qanunvericiliyə diqqət çəkərək, dini radikalizm və ekstremizm probleminə qarşı mübarizənin hüquqi əsasları barədə geniş məlumat verib. R.Məmmədov 2015-ci ildə “Dini ekstremizmə qarşı mübrizə haqqında” Azərbaycan Respublikası Qanununun qəbul olunduğunu qeyd edib, dini ekstremizmə qarşı mübarizənin məqsədlərindən və əsas prinsiplərindən danışıb.

Daxili İşlər Nazirliyinin şöbə rəisi Oktay Tağıyev bu gün sabit, tolerant, regionun ən qüdərtli ölkəsi olan Azərbaycanın gözü götürməyən qüvvələrin təhdidlərindən kənarda qalmadığına diqqəti cəlb edərək müxtəlif yolarla ölkəmizə ekstremist ideyaları yayan təhlükəli dini ədəbiyyatın gətirilərək yayılmasına cəhdlər edildiyini vurğulayıb. Bu cür cəhdlərə qarşı, habelə humanitar yardım adı altında fəaliyyət göstərən missionerlərə qarşı ayıq-sayıq olmağı diqqətə çatdırıb.


Müəllif: Cavad

Oxşar xəbərlər