Psixologiyada “başqası bu mövzuda nə düşünər”, el arasında isə “camaat nə deyər” düşüncəsiylə fərdin öz seçimlərindən məhrum olması, başqalarının fikri, nizamı əsasında həyat qurması, nizamlaması ilə müşahidə edilən psixoloji narahatlıqdır.
Teleqraf.com xəbər verir ki, bunu psixoloq Vəfa Əkbər deyib.
Psixoloq bir çox insanlarda rast gəlinən bu narahatlığın empatiya sindromu olduğunu diqqətə çatdırıb:
“Həddən artıq empatiya sindromlu şəxs hər addımında özünü qarşısındakının yerinə qoyur. Şəxsin eqoizmi bu zaman minimum səviyyəyə enir. Başqalarını düşünərək addım atdığı üçün belə insanlar bu hərəkətləri ilə rahatlığa qovuşacaqlarını düşünürlər. Bu, bir növ öz şəxsiyyətindən imtina edib başqaları üçün yaşamaqdır”.
Vəfa Əkbər sindromun səbəblərini də açıqlayıb: “Bu, həmin insanın şəxsiyyətinin tam inkişaf edə bilməməsi, özü və gələcəyi haqda məsuliyyət daşıya biləcək şüurluluq dərəcəsinə çatmamasıdır”.