5 Noyabr 2018 12:11
1 097
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göyçay şəhərində XIII Nar festivalı keçirilib.

Teleqraf.com xəbər verir ki, Mədəniyyət Nazirliyi ilə Göyçay Rayon İcra Hakimiyyətinin birgə təşkil etdiyi festivalın açılışında dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri, yerli və xarici iş adamları, beynəlxalq təşkilatların əməkdaşları iştirak edib.

Bakı və ətraf bölgələrdən bayrama böyük axın olub.

Göyçayın 30-dan çox kəndinin sakinləri tərəfindən təşkil edilən sərgidə nardan hazırlanan məhsullar, o cümlədən nardança, nar şərabı, nar şirəsi, nar mürəbbəsi təqdim olunub.

Eləcə də bayram çərçivəsində “Nar bitkisi və məhsullarının multidissiplinar problemləri” mövzusunda respublika elmi-praktiki konfransı da keçirilib. AMEA-nın prezidenti, akademik Akif Əlizadə dünyada ilk dəfə olaraq “Azərbaycan gülöyşəsi” nar sortunun genomunun oxunduğunu açıqlayıb.

Qeyd edək ki, hər il orta hesabla 45-50 min ton narın istehsal olunduğu Göyçayda hazırda 3740 hektar nar bağı var. Bağlarda əsasən “Gülöyşə”, “Vələs”, “Şəndi”, “Şirin”, “Bala Mürsəl” sortları əkilib.

1 manatdan 10 manatadək təklif olunan Nar festivalından fotoları təqdim edirik:


Müəllif: Nərgiz

Oxşar xəbərlər