6 Noyabr 2018 16:12
566
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Appeal of Conscience” (“Vicdana çağırış”) Beynəlxalq Fondunun təsisçisi və prezidenti Ravvin Artur Şnayer Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş katibi Rövşən Muradovu qəbul edib. Görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti, dinlərarası dialoqun dərinləşməsində rolu, həyata keçiridiyi layihələrlə bağlı müzakirələr aparılıb.

Teleqraf.com xəbər verir ki, mərkəzin təşəbbüsü ilə keçirilən Qlobal Bakı Forumlarının xalqlar və mədəniyyətlər arasında qarşılıqlı anlaşmanın inkişafına xidmət etdiyi vurğulanıb. Azərbaycanda çoxəsrlik tolerantlıq ənənlərinin yəhudi və Azərbaycan xalqları arasında dostluq əlaqələrinin möhkəmlənməsində mühüm rola malik olduğu qeyd olunub. Azərbaycanın antisemitizm meyillərinin heç vaxt özünə yer tapmadığı nadir ölkələrdən biri olduğu qeyd edilib. ABŞ-ın Pensilvaniya ştatının Pitsburq şəhərində sinaqoqa hücumun bütün dünya tərəfindən qınağa tuş gəldiyi vurğulanıb. Belə bir həssas dövrdə mərkəzin müxtəlif konfessiyalar arasında birlik və həmrəylik ideyalarını təbliğ etməsinin təqdirəlayiq olduğu bidirilib.

Qeyd edək ki, “Appeal of Conscience” (“Vicdana çağırış”) Beynəlxalq Fondunun təsisçisi və prezidenti Ravvin Artur Şnayer ABŞ-da və dünyada ən nüfuzlu yəhudi din xadimlərindən biiri hesab olunur. 50 ildən çoxdur ki fəaliyyət göstərən “Appeal of Conscience” (“Vicdana çağırış”) Beynəlxalq Fondu müxtəlif dinlər arasında sözdə və əməldə tolerantlıq, məhəbbət, qarşılıqlı ehtiram ideyalarını təbliğ edir. Fondda dünyanın tanınmış liderləri və din xadimləri, nüfuzlu siyasətçilər, dövlət adamları təmsil olunur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər