6 Noyabr 2018 16:19
635
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti yerli startaplara dəstək göstərməyə və özünün AppLab inkubasiya proqramı vasitəsilə innovasiyaları insanların gündəlik həyatına gətirməyə davam edir.

AppLab tərəfindən dəstəklənən layihələrin bir çoxu uğur qazana bilib, maraqlı və unikal məhsulların yaradılmasına nail olub. Belə startaplardan biri olan “Bilik.al” insanlara müxtəlif sahələr üzrə təlim və kurslar tapmağa kömək edən internet səhifəsidir. Bu səhifə sayəsində istifadəçilər “PHP proqramlaşdırma dilini harada öyrənmək olar?”, “ən yaxşı yoqa müəllimi kimdir?” və yaxud “futbol məktəbini harada tapmaq olar?” kimi suallara asan şəkildə cavab tapa bilirlər. Sözügedən platforma İT sahəsindən tutmuş kulinariyaya qədər bir çox sahəni əhatə edən seçilmiş kateqoriyalar üzrə sürətli axtarış imkanını verir. İnternet səhifəsinin mobil versiyası da mövcuddur ki, bu da istifadəçilərə istənilən kursu mobil telefon və planşetlərində rahatlıqla ə tapmaq imkanı verir. Kurslar və təlimlər haqqında məlumatın sayta yerləşdirilməsi tamamilə pulsuzdur. Gələcəkdə “bilik.al” komandası iOS və Android üzərində işləyən cihazlar üçün mobil tətbiqetmə yaratmağı da planlaşdırır.

““Bilik.al” layihəsinin əsas məqsədi şəxsi və peşəkar inkişaf üçün müvafiq kurs və təlim tapıb uğur qazanmaqda insanlara kömək etməkdir. Cəmi 5 ay ərzində kurs və təlimlərin təşkili ilə məşğul olan 40-dan şirkətlə əməkdaşlıq qurulub və hazırda saytımızda aktiv istifadəçi sayı 5 mini ötür. İnanırıq ki, bu layihə istənilən kursu asanlıqla tapmaq üçün ən əlverişli resurs olmaqla gənclərin uğur qazanmaq üçün inkişaf etmək imkanlarını artıracaq. Layihəni rellaşdırmaqda göstərdikləri böyük dəstək və məsləhətlərə görə Bakcell şirkətinə və AppLab mərkəzinə minnətdarıdq” deyə bilik.al layihəsinin təsisçilərindən biri Cavid Abbasov bildirib.

AppLab proqramının fəaliyyətə başladığı 2014-cü ildən bəri müxtəlif avadanlıq və proqram təminatlarının tərtibi ilə məşğul olan yerli startaplar və developerlər öz ideyalarını həyata keçirmək üçün “Bakcell”dən dəstək alırlar. İştirakçılar müvafiq təlimlərlə yanaşı, şirkətin AppLab Mərkəzində təqdim olunan pulsuz İnternet, masa və təlim otaqları ilə yanaşı üzərində işlədikləri proqram təminatı və cihazların inkişaf etdirilməsi və sınaqlardan keçirilməsi üçün tələb olunan ən son avadanlıqlardan yararlanmaq imkanına malikdirlər. AppLab Mərkəzinin dəstəyi ilə Azərbaycanın gənc mütəxəssisləri tərəfindən yaradılmış layihələrin bəziləri artıq Android və iOS əməliyyat sistemi ilə işləyən cihazlara yüklənə bilər.

İnnovasiya sahəsində lider olan Bakcell öz innovativ ideyalarını həyata keçirmək üçün gənclərə lazımı şərait yaratmağa və dəstək göstərməyə həmişə hazırdır.

***

Bakcell haqqında

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl 4G/LTE mobil internet xidməti göstərir.

Bakcell şirkətinin 4G şəbəkəsi artıq bütün Bakı və Abşeron ərazisi daxil olmaqla ölkənin 40-dan çox rayon və şəhər mərkəzlərində mobil operatorun abunəçilərinə ən üstün müştəri təcrübəsi təmin edir.

7000-dən artıq baza stansiyası vasitəsilə Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən Bakcell şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə adına layiq görülüb (“Best in Test”). 2018-ci ildə şirkət “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülüb. Bu mükafat bütün dünyada tanınmış “Ookla” şirkəti tərəfindən “Bakcell”ə Azərbaycan Respublikası ərazisində ən sürətli mobil internet xidmətlərinin göstərilməsinə görə təqdim edilib

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə “Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər