7 Noyabr 2018 08:17
531
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da təxminən 20 il davam edən və elektronikadan şüalanmanın canlı varlıqlara təsirinin öyrənilməsinə həsr edilmiş "Toksikologiya üzrə milli proqram" adlı geniş araşdırma başa çatıb. Araşdırmanın nəticələri məyusedicidir, amma bir az da ürəkaçandır.

Teleqraf.com “İKTnyus”a istinadən xəbər verir ki, mütəxəssislər 20 illik araşdırmadan sonra "telefon şüalanmasının təsiri onkoloji xəstəlik yarada bilərmi" sualına cavab veriblər: bəli, yarada bilər, ancaq son dərəcə spesifik hallarda. Siçan və siçovullar üzərində aparılmış əksər sınaqlar zamanı onlar 2-3 il ardıcıl olaraq gün ərzində 9 saat şüalanmanın təsirinə məruz qalıb, bundan sonra onların 5-7 %-də təhlükəli nevrilemma, sinir sistemi şişləri, 2-3 %-də isə qlioma, beyində ölümcül şişlər aşkar edilib. Bu, nəzarət qruplarında dəfələrlə yoxlanılıb – məhz telefonun şüalanması siçanlarda xərçəng xəstəliyi yaradıb.

Beləliklə, mobil telefonlar potensial olaraq təhlükəlidir, amma çoxlu təkzib də mövcuddur. Birincisi, texnologiyalar sürətlə inkişaf edir və indi siqnallar başqa tezliklərdə ötürülür. İkincisi, smartfonu cibdə daşımaq və zənglərə cavab vermək gün ərzində 9 saat şüalanmanın təsirinə məruz qalmaq demək deyil. Üçüncüsü, siçan və insanlar müxtəlif fiziologiyaya malikdirlər və bu çox vacibdir.

Belə nəticəyə gəlmək olar ki, cihazlar təyinatı üzrə istifadə edildikdə, demək olar, təhlükəsizdir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər