Gənc müğənni Suranın ölüm səbəbi məlum oldu. Mərhum özünü asaraq intihar edib. Yaxınları Suranın niyə intihar etməsini bilmədiklərini söyləyirlər.
23 yaşlı Sura bu gün Bakıxanov qəbiristanllığında torpağa tapşırılıb.
Əməkdar artist Tünzalə Ağayeva ilə "Qovuş ona" klipi ilə tanıdığımız Suranın vəfat etməsinin səbəbi hələlik məlum deyil.
Əməkdar artist Tünzalə Ağayeva gənc müğənninin ölümü barədə Facebook səhifəsində yazıb: "Can Suram, söhbətindən, özündən doymadığım Sura, belimizi qırdın getdin, Sura... Nakam yaşda getdin balam .... Səninlə hələ neçə musiqi oxuyacaqdıq, yazacaqdıq... Ya Rəbbim! Suramın qəbrini nurla doldur , rehmet elə Ya Rəbb, saf - məsum balamızın axirətini gözəl elə, məkanını cənnət elə! Faciəvi şəkildə dünyasını deyişən Suranın ailesinə baş sağlığımı bildirirəm. Rəbbim kimsəyə övlad itkisi yaşatmasın!! Amin"
Murad Arif Suranın ölüm xəbərini səhifəsində bu ifadələrlə bölüşüb: "Gənc müğənnimiz Sura dünyasını dəyişdi... Aman Allah...Gəncəcik qız... İlk klipini bir az öncə Tünzalə Ağayeva ilə təqdim etmişdi. Sura bu gün rəhmətə getdi... Qovuşdun ona, Sura... Qəbrin nurla dolsun..."
Millət vəkili Qənirə Paşayeva gənc müğənni Sura Əsgərlinin intiharına "Facebook" səhifəsində münasibət bildirib.
“Sura sən ona belə qovuşmamalıydın. Bu cür faciəli ölümünlə bizi, nə qədər insanı üzdün, şoka saldın. Hələ də nə Tünzalə xanım, nə mən özümüzə gələ bilmirik. Axı nədən? Ağıllı, istedadlı, inanclı, Allahı bu qədər sevən, yaradılanı bu qədər sevən mələk kimi bir qız idin, nədən intihar etdin anlamırıq. Bilirəm, çox sediyin Rəbbim özü səni bağışlayacaq. Amma arxanda nə qədər gözyaşı qoydun Sura bir bilsən... Hələ nə qədər gözəl şeirlər doğulacaqdı, hələ nə qədər gözəl mahnılar oxuyacaqdın, biz də sevinəcəkdik. Dəyərli dostum Tünzaləyə təşəkkür edirəm ki, səni kəşf etmişdi, əlindən tutub sənətə gətirmişdi, şeirinə "Qovuş Ona" ya gözəl bir musiqi yazmışdı və birlikdə ifa edərək səni Azərbaycan insanına yaxından tanıtmışdı. Bir az öncə Tünzalə ilə danışdıq. Sənin ölümündən o qədər sarsılıb ki, təskinlik vermək üçün söz tapmaqda belə çətinlik çəkirdim. Nədən, Sura? Çox sevirdim bu mahnını, klipi. İndi necə dinləyəcəyik, necə baxacayıq ona... Bu intihar və son zamanlar gənc insablar arasında artan intiharlar hamımızı ciddi düşündürməlidir və nələrsə etməliyik. Suranın ailəsinin yaşadığı böyük dərdini anlayır, Suraya Allahdan rəhmət, ailəsinə və sevənlərinə səbr diləyirik. Sən xatirələrdə "Qovuş Ona" ilə qalacaqsan və mən inanıram ki, sən çox sevdiyin Ona qovuşmusan...”
Allah rəhmət eləsin!
Tabloid.az