12 Noyabr 2018 00:45
784
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxtın 30 nömrəli marşurut avtobusunda sürücünün etdiyi qayda pozuntusu sərnişinlərin narazılığına səbəb olub. Bir əlində telefon, digər əlində siqaret ola- ola avtobus idarə edən sürücü həm öz , həm də sərnişinlərin həyatını təhlükəyə atıb .

Görüntülər Bakının Babək prospektində 30 nömrəli marşurut avtobusunda çəkilib.

Neftçilər metros stansiyasının yaxınlıqından , 28 may metro stansiyasının yaxınlıqına hərəkət edən sözügedən marşurutavtobusun nəzarətçisisinin sözlərinə görə qayda pozuntusu edən onların sürücüsü Elvin Novruzovdur.

Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Ağayevin sözlərinə görə görüntü ilə bağlı müvafi araşdırma aparılacaq və belə halların təkrarlanmaması üçün daşıyıcıya xəbərdarlıq ediləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər