13 Noyabr 2018 01:35
1 028
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avtomobili yolda xarab olan sürücü polis tərəfindən cərimələndiyini iddia edir.

Teleqraf.com xəbər verir ki, Şəki sakini Rövşən Əzizov nasazlıq yarandığı üçün avtomobilini Tovuz rayonunda maşın bazarı adlanan ərazidə yolun kənarında saxlamağa məcbur olduğunu bildirib. Bu zaman polis əməkdaşı xidməti avtomobili ilə yaxınlaşaraq onu cərimələyib.

Sürücünün dediyinə görə, o, dayanma-durma qaydalarını pozduğu üçün cərimə edilib. Polis əməkdaşı da protokol yazarkən bunu əsas gətirib.

İndi sürücü əsassız yerə cərimələndiyini əsas gətirərək, ona yazılan qərarın ləğv edilməsini istəyir.

Məsələ ilə bağlı Respublika Baş Dövlət Yol Polisi İdarəsindən "Xəzər Xəbər"ə bildirildi ki, hazırda faktla bağlı araşdırma aparılır, avtomobilin saxlanıldığı yerdən əvvəl nişanın olub-olmadığı və sürücünün avtomobilin qarşısında müvafiq xəbərdarlıq nişanı qoyub-qoymadığı dəqiqləşdirilir. Əgər sürücüyə qarşı qanunsuz hərəkətə yol verilibsə, yazılan cəriməyə xitam veriləcək. İdarədən o da bildirildi ki, sürücü 20 gün ərzində qərarın ləğv edilməsi üçün özü də polisə müraciət edə bilər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər