14 Noyabr 2018 21:45
778
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mobil tətbiqetməsi (https://play.google.com/store/apps/details…) istifadəyə verilib.

Teleqraf.com xəbər verir ki, mobil əlavədə Şura haqqında məlumatlar, xəbərlər və qurumun rəsmi saytında olan digər məlumatlar əksini tapıb. İstifadəçilər bu məlumatlarla oflayn rejimdə də tanış ola biləcəklər.

Şuranın qrant müsabiqələri və onların nəticələri barədə bildirişlər mobil əlavə proqramına avtomatik olaraq göndəriləcək. Hazırlanmış mobil əlavənin ilkin olaraq android sistemli telefonlar vasitəsilə istifadəsi nəzərdə tutulub. Proqramı Google Play Store-dan “QHT Şurası” ifadəsini yazaraq telefonunuza yükləyə bilərsiniz. 2019-cu ildən etibarən isə mobil tətbiqetmənin İOS sistemli telefonlar vasitəsilə də istifadəsi planlaşdırılır.


Müəllif: Teleqraf.com