Azərbaycan ordusunda keçirilən komanda-qərargah hərb oyunları (KQHO) davam edir.
Teleqraf.com Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, oyunların planına əsasən, Hərbi Hava Qüvvələri (HHQ) və Hərbi Dəniz Qüvvələrində (HDQ) taktiki müdaxilələr üzrə fəaliyyətlər icra olunub.