20 Noyabr 2018 11:42
1 497
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Savalan” qrupunun bədii rəhbəri, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, ilahi mahnıların mahir ifaçısı Novruz Novruzlunun ölüm səbəbi məlum olub.

Teleqraf.com xəbər verir ki, qrupun saz və ud ifaçısı Fəxrəddin Salim Novruz Novruzlunun ürəktutmasından vəfat etdiyini deyib. O, Milli Konservatoriyada dərsdə olduğu üçün Novruz Novruzlunun dünyasını dəyişməsi barədə gec xəbər tutduğunu deyib: “Təəssüf ki, onun ölüm xəbəri doğrudur, mən dərsdəydim, indi evinə gedirəm. Məndə olan məlumata görə, ürəktutmasından vəfat edib”.

“Savalan” qrupunun konsertlərinin təşkilatçısı “Turkuaz” qurumunun sədri İbrahim Yıldırım Novruz Novruzlunun uzun zamandır ürəyində narahatlığının olduğunu deyib: “Bir ay əvvəl yoxlanışa getmişdi, həkim ona ciddi problem olmadığı, lakin özünü qorumağı, müntəzəm idmanla məşğul olmasını, rejimlə qidalanmasını tövsiyə etmişdi. Çox mərd insan idi, yaxın dostumu itirdiyimə görə üzgünəm. Mistik şəxs idi, həmişə inandığı mahnılar ifa edərdi. Türkiyədə bir neçə konsert, şeir axşamları təşkil etmişdik, insanlar ona heyran qalmışdı”.

***

"Savalan" qrupunun bədii rəhbəri Novruz Novruzlu bu gün səhər saatlarında dünyasını dəyişib.

Teleqraf.com-un xəbərinə görə, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

"Savalan" qrupunun bədii rəhbəri, opera və balet teatrının solisti Novruz Novruzlu 1960-cı ildə Ordubad şəhərində anadan olub. Hələ uşaq ikən musiqiyə marağının böyük olduğunu deyir. Orta məktəbdə oxuduğu müddətdə musiqi ilə bağlı bütün tədbirlərdə çıxış edib. Orta məktəbi bitirdikdən sonra İncəsənət Universitetinin musiqili-komediya aktyorluğu fakültəsinə daxil olub. N.Novruzlunun institutda oxuduğu illərdə bir çox müsabiqələrdə uğurlu çıxışları olub. "Savalan" qrupunun bədii rəhbəri institutda oxuduğu müddətdə "Ulduz" tamaşasında Zəfər, "Arşın mal alan"da Əsgər, "O olmasın, bu olsun" tamaşasında Sərvər rollarını ifa edib. Bir müddət "Şərq ansamblı"nda solist kimi fəaliyyət göstərib.

İnstitutda oxuduğu illərdə bir çox müsabiqələrdə uğurlu çıxışları olub. İnstitutu bitirdikdən sonra Firudun Mehdiyevin səhnələşdirdiyi "O olmasın, bu olsun" tamaşasında Əsgər rolunu ifa edib. Qarabağ hadisələri baş verdikdən sonra oxuya bilmədiyini vurğulayan N.Novruzlu daha ciddi işlərlə məşğul olmağı qərara alıb və beləliklə "Savalan" qrupu yaradılıb.


Müəllif: Nərgiz, Aytən

Oxşar xəbərlər