20 Noyabr 2018 14:52
762
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həyat həqiqətən də çox qəribədir, bir andır. Dünən axşam saatlarında dəyərli sənətçimiz, aydınımız Novruz Novruzlu, Suriya türkmənlərinin təmsilçisi Adil Şan və digər dostlarla gözəl bir söhbət və müzakirələr oldu. Novruz bəy Adil Şanın bir şeirini bəyənərək, “mahnı yazılarsa, birlikdə ifa edə bilərik” dedi, gələcək layihələr, işlər barədə söhbət oldu. Biz də hər zaman yanlarında olduğumuzu dedik. Bu gün səhəri acı bir xəbəri böyük üzüntü ilə qarşıladıq.

Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisin deputat Qənirə Paşayeva sosial şəbəkədəki paylaşımında qeyd edib.

Onun sözlərinə görə, Novruz Novruzlunun vəfatı Azərbaycan mədəniyyəti üçün böyük itkidir: “Dəyərli sənətçimiz, aydınımız Novruz Novruzlu Allahın rəhmətinə qovuşdu. Allah ona rəhmət eləsin, yaxınlarına səbir versin, acınızı paylaşırıq. Nur içində yatsın dəyərli sənətçimiz!”

Qeyd edək ki, mərhum Novruz Novruzlunun Feysbukdakı son paylaşımı sözügedən görüşlə bağlı olub.


Müəllif: Nərgiz