25 Avqust 2014 14:48
907
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 10-11-də Bakıda Avropa Şurasına üzv ölkələrdə Sosial Birlik üzrə Strategiya və Fəaliyyət Planının icrasına dair konfransın keçirilməsi nəzərdə tutulur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi çərçivəsində baş tutacaq tədbirdə Şuraya üzv ölkələrin əmək və sosial müdafiə sahəsi üzrə hökumət qurumlarının məsul şəxsləri iştirak edəcək.

2001-ci ildən AŞ-nın üzvü olan Azərbaycan ötən müddətdə təşkilatın insan hüquqları, həmçinin sosial hüquqlarla bağlı mühüm sənədlərini ratifikasiya edib. Həmin sənədlərin, o cümlədən insanların mühüm sosial hüquqlardan istifadəsinə əlverişli şəraitin yaradılmasını nəzərdə tutan Sosial Birlik üzrə Strategiyanın və Fəaliyyət Planının prinsiplərinin icrası sahəsində Azərbaycanda məqsədyönlü işlər görülür, sosial qanunvericilik qabaqcıl Avropa dəyərlərinə uyğunlaşdırılır.

Bununla bağlı olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Avropa Şurasının aidiyyatı üzrə Sosial Birlik Komitəsi ilə fəal əməkdaşlıq həyata keçirir.

Naibə


Müəllif:

Oxşar xəbərlər