ABŞ Prezidenti Donald Tramp jurnalist Camal Qaşıqçı məsələsinə nöqtə qoydu.
Teleqraf.com xəbər verir ki, bunu hüquq müdafiəçisi Sahib Məmmədov deyib.
Ona görə, ABŞ üçün iqtisadi maraqlar insan haqları məsələsindən daha vacibdir:
“Tramp deyib ki, jurnalistin (ABŞ jurnalisti) qətlə yetirilməsi dəhşətlidir, amma arada 450 milyard məsləsi var və biz Səudiyyə Ərəbistanı ilə müttəfiq münasibətini pozmayacağıq.
Əslində bu adama minnətdar olmaq lazımdır. O, hamının bildiyini aşkar bəyan etdi. Buna görə də düşünürəm ki, insan hüquqlarının müdafiəsi məqsəd deyil, vasitədir. Eyni zamanda təzyiq vasitəsidir - üçüncü ölkəni soymaq üçün vasitədir, neomüstəmləkəçilik üçün vasitədir və s.
İndi bundan sonra ABŞ “GONGO-“su, “Freedom House” və digər qurumlar ABŞ-ın bizdə və hər yerdəki “yerli tulaları” nə qədər səslərini başlarına atırlarsa-atsınlar, onlara fikir verən olmayacaq”.
Sahib Məmmədov xatırladıb ki, Səudiyyə Ərəbistanının xərcləri 110 milyarddan 450 milyarda qalxıb.