Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin imtahan mərhələsi başa çatıb.
Təhsil Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, bu mərhələdə ümumilikdə 1411 nəfər iştirak edib.
İmtahan iştirakçılarına təhsil qanunvericiliyindən 25, əmək qanunvericiliyindən 20, məntiqdən isə 15 test tapşırığı təqdim olunub.
Namizədlər arasında Bakı şəhəri 117 nömrəli tam orta məktəbin tarix müəllimi Samir Əzimov 49 bal toplayaraq ən yüksək nəticəni əldə edib.
Qeyd edək ki, məktəb direktorlarının işə qəbulu üzrə müsabiqəyə ölkə üzrə 700-ə yaxın vakant yer çıxarılıb.