24 Noyabr 2018 17:30
549
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 28-də Bakı Konqres Mərkəzində Azərbaycan müəllimlərinin XV qurultayı keçiriləcək.

Bu barədə Teleqraf.com-a Təhsil Nazirliyindən məlumat verilib.

Qurultayda təhsil naziri Ceyhun Bayramov, dövlət və hökumət nümayəndələri, millət vəkilləri, tanınmış ziyalılar, media qurumlarının rəhbərləri, təhsil ictimaiyyətinin nümayəndələri iştirak edəcək.

Qurultayda "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə dövlət Strategiyası"ndan irəli gələn məsələlər və qarşıya qoyulan əsas hədəflərin həyata keçirilməsi məsələləri müzakirə olunacaq. Həmçinin qurultayda ümumi təhsil sahəsi ilə bağlı panel müzakirələr aparılacaq.

Qeyd edək ki, müəllimlərin qurultayı ənənəvi olaraq beş ildən bir keçirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər