Azərbaycanda yaşayan Ahıska türkləri sürgün edilmələrinin ildönümündə vətənlərini ziyarət ediblər.
Teleqraf.com xəbər verir ki, ziyarət Türk İşbirliyi və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi ilə baş tutub.
Gürcüstana gələn 60-dan çox Ahıska türkü sürgün edildikləri yerlərə baş çəkiblər.
Səfər çərçivəsində türklər Gürcüstanın Samtsxe-Cavaxetiya Dövlət Universitetində də olublar.
Bu, sürgündən sonra Ahıska bölgəsində təşkil edilən ilk belə tədbirdir.
Qeyd edək ki, SSRİ dönəmində Stalin rejimi tərəfindən Ahıska bölgəsində yaşayan türklər 1944-cü ildə Sovet İttifaqı sərhədləri daxilində Orta Asiya və Qafqazın digər ölkələrinə sürgün ediliblər.