25 Noyabr 2018 16:58
829
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran parlamentinin Təbrizdən seçilən deputatı Əhməd Əli Rza Beygi türk millət vəkillərinin Azərbaycan türkcəsi Dil Akademiyasının yaradılması tələbi ilə çıxış etdiklərini söyləyib.

Teleqraf.com xəbər verir ki, Beynəlxalq Aşıqlar Məclisininin açılış mərasimində çıxış edən Rza Beygi Azərbaycan əyaləti deputatlarının bu akademiyanın açılması ilə bağlı tələbində israrlı olduqlarını bildirib.

Onun sözlərinə görə, Azərbaycan türkcəsi Dil Akademiyasının yaradılması ölkədəki azərbaycanlı türklərin mədəniyyət, incəsənət və ədəbiyyat irsinin qorunmasında mühüm rol oynayacaq:

“Akademiyanın yaradılması üçün hökumət önəm verməlidir. Deputat olaraq bu məsələni təqib edəcəyik”.
Qeyd edək ki, Beynəlxalq Aşıqlar Məclisinin açılışına Türkiyə, İran, Azərbaycan və Gürcüstandan 300-dən çox aşıq qatılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər