Küveytin geniş oxucu kütləsinə malik "Əl-Ray" qəzetinin 25 avqust 2014-cü il tarixli sayında Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nın xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva haqqında geniş məqalə dərc olunub.
Bu barədə Azərbaycanın Küveytdəki aəfirliyindən məlumat verilib.
Jurnalist xanım Ğada Əbdussalam tərəfindən qələmə alınmış məqalədə Azərbaycan xalqının ümummilli liderinin adını daşıyan Heydər Əliyev Fondunun ölkəmizdə və onun hüdudlarından kənarda həyata keçirdiyi layihələr, həmçinin Fondun prezidenti Mehriban xanım Əliyevanın milli-mənəvi irsimizin qorunub saxlanmasında, eyni zamanda, dünya səviyyəsində təbliğində rolu, Azərbaycanda və ölkə xaricində nəcib xeyriyyəçilik fəaliyyəti, elmə, təhsilə, səhiyyəyə, idmana və cəmiyyətin inkişafı üçün stimul yaradan digər mühüm sahələrə verdiyi önəm barədə ətraflı məlumat verilib.
/trend/