26 Noyabr 2018 15:35
445
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əvvəlki illərdə ümumi təhsil məktəblərində oxuyub ümumi orta təhsil səviyyəsini (IX) bitirə bilməyən vətəndaşlar üçün eksternat qaydasında imtahanlar keçiriləcək.

Bakı Şəhər üzrə Təhsil İdarəsindən (BŞTİ) Teleqraf.com-a verilən məlumata görə, sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərə həmin səviyyə üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.

BŞTİ-nin əmrinə əsasən, eksternat imtahanları 25-26 dekabr tarixlərində paytaxtdakı 258 nömrəli tam orta məktəbdə təşkil olunacaq.

Qeydiyyat və sənəd qəbulu noyabrın 26-dan dekabrın 14-dək BŞTİ-də aparılacaq.

BŞTİ tərəfindən ərizələri qəbul edilmiş eksternlər (şəxsiyyət vəsiqələrini təqdim etməklə) imtahana buraxılış vərəqələrini 20-21 dekabr tarixlərində saat 10:00-dan 16:00-dək 258 nömrəli tam orta məktəbdən götürməlidirlər.

Qeyd edək ki, eksternat imtahanlarında 16 yaşı tamam olmuş şəxslər iştirak edə bilərlər.


Müəllif: Aytən

Oxşar xəbərlər