Tanınmış müğənni Elnur Hüseynov Türkiyəyə köçdükdən sonra yeni həyata başlamasından danışıb.
Elnur Hüseynov Türkiyənin məşhur musiqiçisi Emre Yücelenin yutub kanalının qonağı olub. O, müsahibəsində ilk dəfə uşaqlıq xatirələri, müğənnilik fəaliyyəti, karyerası, "Eurovision" müsabiqəsi, həmçinin Azərbaycandan köçmə səbəbləri haqqında danışıb:
“2008-ci ildə dostum Samir Cavadzadə ilə ilk dəfə “Eurovision”a qatıldıq. Bundan sonra bir çox problemlər baş verdi. İnsanlar dedi-qodu etməyi sevirlər. Söz-söhbətlər yarandı. Bilirsiniz ki, hər kəsi 100 faiz sevə bilmir, birbaşa başqasına “pis” deyə bilirlər. Yaxşı və pis tərəflər var.
Opera dərsləri aldıqdan sonra başqa ölkədə yaşamaq istədim. Qərar verdim ki, Amsterdama köçüm, lakin orada yaşaya bilmədim. Çünki mədəniyyətlərimiz çox fərqlidir, mənə yaxın deyildi, öyrəşə bilmədim. Mən daha isti insanlarla birgə yaşamaq arzusundaydım. Türkiyədə ehtiyacım olan istiliyi hiss etdim. Amsterdamda insanlar münasibtələrini qarşılıqlı məqsədlər üzərində qurur. Daha sonra Türkiyəyə köçdüm. Taksimi gəzdim, İstanbulun şirin bir şəhər olduğunu düşündüm. “O ses Türkiyə”yə çox nüfuzlu müsabiqədir, qərar verdim ki, özümü burda da sınayım, Türkiyədə həyatıma yeni kitab açım. Müsabiqədən sonra klubda çalışmağa başladım, beləliklə də işlər öz axarına düşdü”.
Ən böyük arzusunu dilə gətirən ifaçı etiraf edib ki, muğam oxumaq niyyətindədir, bunun üçün o, Alim Qasımovdan gələcəkdə dərs alacağını deyib.