28 Noyabr 2018 13:17
456
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içki və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi tədbirlər keçirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsi və Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının noyabrın 27-də rayon ərazisində birgə keçirdikləri reydlər nəticəsində yetkinlik yaşına çatmayanlara tütün məmulatı satdıqlarına görə 2 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 455-ci maddəsi (Etil (yeyinti) spirti, alkoqollu içkilər və ya tütün məmulatı ticarəti qaydalarının pozulması) ilə protokol tərtib olunub.

Bu istiqamətdə reydlər davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər