28 Noyabr 2018 15:53
1 518
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Mən bilmirəm ona necə xahiş edim ki, özünü qorusun. Bir dəqiqəsi belə boş olanda onu insanlara xərcləyən, onların dərdlərinə yanan, harayına qaçan, amma özünü bir an belə düşünməyən təvazökar, zəhmətkeş, insanpərvər bacım..."

Teleqraf.com xəbər verir ki, bu sözləri əməkdar artist Aybəniz Haşımova millət vəkili Qənirə Paşayevanın ünvanına yazıb.

Müğənni deputatın Türkiyədə əməliyyat olunduğunu bildirib:

"Axı, siz birinə nəsə olanda hamıdan öncə qaçırsınız o adamın harayına. Niyə özünüzün canınız ağrıyanda, yaxud əməliyyata düşəndə bizim xəbərimiz olmur? Onda biz yaxşı dost deyilik.

Niyə sizin yanınızda olmamalıyıq? Niyə heç bir dərdi olmayanlar vampir kimi bəzən canımızı alır, amma çiynimizdə haqqınız ola-ola, sağlamlığınızda problem yaranır və bundan xəbər tutmuruq.

Bir daha insanlığınızın ali nümunəsini anlatdınız. Allah sizi heç vaxt dara salmasın. Çox üzr istəyirəm, xəbərim olmayıb. Yastığınız yüngül olsun".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər