29 Noyabr 2018 18:42
639
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz mövcudluğu, o cümlədən Sərsəng su anbarının işğal altında saxlanılması regional sülh və təhlükəsizlik, habelə ekoloji vəziyyət üçün ciddi təhdid olmaqla bərabər, Cənubi Qafqaz bölgəsi və daha geniş Avropa məkanında hərtərəfli əməkdaşlığa əngəl törədir.

Teleqraf.com xəbər verir ki, bunu xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Avropa üzrə İqtisadi Komissiyanın (UNECE) icraçı katibi Olqa Alqayerova ilə görüşü zamanı bildirib.

Nazir bu fikirləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kontekstində söyləyib.

E.Məmmədyarov Azərbaycanın zəngin potensialından daha səmərəli istifadə edilməsi məqsədilə regional əməkdaşlıq layihələrinə böyük diqqət yetirildiyini deyib.

O, neft-qaz sektorunda həyata keçirilən strateji layihələrlə yanaşı, Şərq-Qərb, Şimal-Cənub və Cənub-Qərb nəqliyyat dəhlizlərinin ümdə əhəmiyyətindən bəhs edib.


Müəllif: Səxavət

Oxşar xəbərlər