30 Noyabr 2018 16:48
1 406
12 Punto 14 Punto 16 Punto 18 Punto

Votsap sosial şəbəkəsində Xətai rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi, polkovnik-leytenantı Cavanşir Ələkbərovla bağlı səs yazısı yayan şəxs həbs edilib.

Teleqraf.com xəbər verir ki, Xətai rayon Məhkəməsinin qərarı ilə Günəşli qəsəbə sakini, 1981-ci il təvəllüdlü Fariz Qasımovun barəsində 15 sutkalıq həbs qərarı çıxarılıb.

Qeyd edək ki, "Votsap"da yayılan səs yazısında Cavanşir Ələkbərovun ünvanına ittihamlar səslənib.

Səs yazısını yayan Faiq Qasımov bildirib ki, özü də daxil olmaqla bir neçə sürücü Babək prospektində hərəkətdə olan zaman qara rəngli, 005 nömrəli “Toyota Camry” markalı avtomobil aşağı sürətlə hərəkət edir, nəticədə arxadan gələn sürücülər əsəbləşərək onu sağdan ötür.

Guya həmin maşını Cavanşir Ələkbərov özü idarə edir və qarşıda onu ötən sürücüləri yol polisi saxlayaraq maşını cərimə meydançasına aparır. Buna isə rəis özü göstəriş verir.

15 sutkalıq həbs cəzası alan Cavanşir Ələkbərov tutduğu əməldən peşman olduğunu bildirib. O, belə informasiya yaymaqla etdiyi avtoxuliqanlıq hərəkətinə görə məsuliyyətdən yayınmağa çalışmaq istədiyini deyib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər