1 Dekabr 2018 13:41
539
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda ictimai nəqliyyatda ən böyük problemlərdən biri sürücülərlə bağlıdır.

Bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli Parlament Jurnalistləri Birliyinin BNA-ya təşkil etdiyi media tur zamanı deyib.

İdarə Heyətinin sədri qeyd edib ki, hazırda çox ciddi sürücü problemi var: "Orta hesabla 1 sürücü 8 saat işləməlidir. Bu, hər avtobus üçün 2.5, 2.7 əmsalında dəyişir. Ancaq daşıyıcılar bu qaydaya əməl etmirlər. Sürücü çatışmazlığı var".

V.Kərimli bildirib ki, sürücülər daşıyıcılar tərəfindən əmək qanunvericiliyinə uyğun idarə olunmur: "Onlar səhər saat 6-dan axşama qədər sükan arxasında olurlar. Sürücülər fiziki olaraq yorulurlar"./trend/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər