2 Dekabr 2018 09:29
1 348
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva üçün özəl gündür.

Teleqraf.com xəbər verir ki, Leyla Əliyeva və xalq artisti Emin Ağalarovun əkiz övladları Əli və Mikayılın doğum günüdür.

Azərbaycan prezidentinin böyük qızı İnstaqram hesabında övladları ilə fotosunu paylaşaraq təbrik ünvanlayıb.

"Əli və Mikanı ad günləri münasibəti ilə təbrik edirəm! Bütün uşalara sevinc, can sağlığı, anlayışlı olmağı və sevgi arzulayıram! Təbriklərə görə hamınıza təşəkkür edirəm! Allahdan hamınıza ən xoş günlər diləyirəm!", - deyə Leyla Əliyeva qeyd edib.

Emin Ağalarov da övladlarını təbrik edərək 10 ilin meteorit kimi sürətlə keçdiyini bildirib: "Övladlarımın ilk yubileyidir. Artıq sizin 10 yaşınız var. Xoşbəxt və sağlam böyüyün. Leyla, sənin ecazkarlığına, xoş münasibətinə, anlayışına və hər şeydə dəstəyinə görə təşəkkür etmək istəyirəm. Sən unikal qadınsan, hər şeyə görə minnətdaram. Bu ecazkarlığına görə çox sağ ol! Bu oğlanlar heyrətamizdirlər".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər