26 Avqust 2014 10:34
763
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı (ADTGT) Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi iyulun 1-dən başladığı maarifləndirici layihəyə uyğun ilk “Yay Məktəbi”ni Qax rayonunda təşkil edib.

Təşkilatdan Teleqraf.com-a verilən məlumata görə, “Bələdiyyə seçkilərində ilk dəfə səs verəcək region gəncləri üçün seçici maarifçiliyi üzrə Yay Məktəbi” adlanan layihə Şirvan şəhərində, Qax, Ağsu, Salyan və Masallı rayonlarında qarşıdan gələn bələdiyyə seçkiləri öncəsi vəziyyətə dair sorğu və ictimai monitorinqlərin keçirilməsinə, “Yay Məktəbləri” vasitəsilə ilk dəfə səs verəcək region gənclərinə seçici hüquq və öhdəlikləri, bələdiyyə seçki qanunvericiliyi, seçki prosedurları və bələdiyyələrin səlahiyyətləri mövzularında interaktiv üsullarla maarifləndirici təlim sessiyalarının keçirilməsinə yönəlib. Eləcə də, “Bələdiyyə Qanunvericiliyi Toplusu”, “İlk dəfə səs verəcək gənclər üçün Yaddaş Kitabçası”nın, təbliğati plakatların yayımına, gənc könüllü ictimai müşahidəçilərin hazırlanmasına, geniş PR fəaliyyətinə və davamlılıq olaraq Əməkdaşlıq Şəbəkəsinin qurulmasına istiqamətlənib.

Qax rayonunda ilk dəfə səs verəcək fəal gənclərin iştirakı ilə keçirilən Yay Məktəbinin - təlim sessiyasının açılışında ADTGT sədri Asif Əsgərli, layihənin rəhbəri Gülnarə Bağırova, təlimçi-ekspert Dadaş Əhmədov, rayon icra hakimiyyətinin məsul işçisi Elsəvər Qumuxov, gənclər və idman idarəsinin rəisi Əlövsət Bayramov, dairə seçki komissiyasının üzvü Qoşqar Paşayev iştirak ediblər.

Rəsmi plenar hissədən sonra təlimçi-ekspert qarşıdan gələn bələdiyyə seçkilərində ilk dəfə vətəndaş məsuliyyəti daşıyacaq rayon gənclərinə milli qanunvericiliyə uyğun seçici hüquq və vəzifələri, seçici öhdəlikləri, seçki prosedur və qaydaları, bələdiyyə qanunvericiliyi, bələdiyyələrin cəmiyyətdə və yerli idarəçilikdə rol və səlahiyyətləri haqqında geniş bilgi və informasiyalar çatdırıb.

Təlim iştirakçılarının mövzuları daha maraqlı qavramaları üçün interaktiv məşğələlər, rol oyunları, işçi tapşırıqlar və digər maraqlı metodologiyalar tətbiq olunub, sorğu və qiymətləndirmə aparılıb.

2 gün davam edən Qax Yay Məktəbinin sonunda iştirakçılara təlimin yekunlarına dair sertifikatlar təqdim olunub.


BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər