Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev qurumun Büro iclasında və ATƏT-in Nazirlər Şurasının 25-ci toplantısında iştirak etmək üçün sabah Milan şəhərinə səfər edəcək.
Teleqraf.com xəbər verir ki, Büro iclasında ATƏT PA-nın 2019-cu il üçün prioritet fəaliyyət istiqamətləri, Assambleyanın qış və yay sessiyalarının, eləcə də nəzərdə tutulmuş digər iclaslarının gündəliyinə aid məsələlər və aktuallıq kəsb edən digər mövzular müzakirə olunacaq.
İclasda həmçinin ATƏT Parlament Assambleyasının fəaliyyətini təkmilləşdirmək və institusional səviyyədə yeni təcrübələri tətbiq etmək məqsədilə qurumda keçirilməsi nəzərdə tutulan islahatlara dair təkliflərə və qurumun seçki müşahidə missiyalarının prosedur qaydalarına dəyişikliklərin edilməsi məsələsinə baxılacaq.