4 Dekabr 2018 12:48
570
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəzaya düşməyimlə bağlı yayılan informasiyalar növbəti şoudur. Deputat Kamran Bayramovla görüşdük və Fövqəladə Hallar Nazirliyinin keçirdiyi müşavirəyə gəldik.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin avtomobil qəzasına düşməsilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, qəza olmayıb və bu barədə iddialar cəfəngiyyatdır: “Mən bilmirəm, bu xəbəri kim yazıb. Bu xəbəri kim yazıbsa, şou axtarır. Mən müşavirədə idim. Orada çıxış da elədim. Hazırda rayonun mərkəzindəyik, seçicilərlə görüşə gələn deputat Kamran Bayramov da yanımdadır”.


Müəllif: Nərgiz

Oxşar xəbərlər