Özbəkistanın Fərqanə vilayətinin Riştan şəhəri İsmayıllı şəhəri ilə qardaşlaşıb.
Teleqraf.com xəbər verir ki, qardaşlaşma memorandumu Riştan rayonunda imzalanıb.
Qeyd olunur ki, sənəd Riştan rayonun icra başçısının müavini Əbdülsalom Siddikov və İsmayıllı rayon icra başçısının birinci müavini Rövşən Ağayev tərəfindən imzalanıb. Mərasimdə həmçinin ölkəmizin Özbəkistandakı səfiri Hüseyn Quliyev də iştirak edib.