5 Dekabr 2018 13:37
1 097
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan vətəndaşı Elnur Hüseynzadəni Bakıda saxlanılan erməni əsirlərdən biri ilə dəyişdirməyə hazırıq”.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki separatçıların nümayəndəsi Artak Nersisyan deyib.

Artak Nersisyan Hüseynzadənin qarşılıqlı anlaşma əsasında qaytara biləcəklərini bildirib.

Qeyd edək ki, Bərdə rayon sakini olan Elnur Hüseynzadə 2017-ci ildə cəbhənin Talış istiqamətindəki aralıq xəttində erməni hərbçilər tərəfindən əsir götürülüb.

Azərbaycan Müdafiə Nazirliyi Elnur Hüseynzadənin hərbçi olmadığını açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər