5 Dekabr 2018 14:36
1 008
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dünən Rusiya telekanallarının birində ölkə hava limanlarına ad verilməsi ilə bağlı onlayn səsvermənin nəticələri müzakirə edilirdi. Artıq bütün ölkə üzrə nəticələr məlumdur. Ancaq verilişdə iştirak edən Rusiya İctimai Palatasının katibi bildirdi ki, nəticələr avtomatik olaraq təsdiqlənməyəcək, son söz Rusiya Prezidenti Vladimir Putinindir”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib.

O qeyd edib ki, auditoriyadakı monitorda hava limanları üzrə nəticələr göstərilirdi:

“Surqut hava limanı üzrə səsvermənin qalibi Fərman Salmanovun şəkli və adı göstəriləndə İctimai Palatanın katibi bir neçə dəqiqə onun haqqında çox müsbət sözlər söylədi. Bildirdi ki, bu gün Rusiya onun hesabına yaşayır. Belə ki, onun kəşf etdiyi neft yataqlarından çıxan neft xaricə satılır və gəlirimizin əsas hissəsini təşkil edir. Həmyerlimiz haqqında bunları eşitmək çox xoş idi”.

A.Mirzəzadə qeyd edib ki, auditoriyada iki nəfər erməni əsilli Rusiyanın tanınmış şəxsi – “Mosfilm” kinokonsernin baş direktoru Karen Şaxnazarov (atası sovet dövründə Qorbaçovun əsas köməkçisi işləmişdi) və Rusiyanın “RT” telekanalının rəhbəri, Azərbaycana nifrəti ilə tanınan Marqarita Simonyan da iştirak edirdi:

“Onların yanında azərbaycanlı haqqında yüksək fikirlər səsləndirildi. Qeyd edim ki, səsvermənin nəticələr olan siyahıda bir nəfər də olsun erməni əsilli şəxsin adı yox idi”.


Müəllif: Səxavət